Aktyor Vladimir Gerasimov vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
O, Gravity Falls-da Sten dayını və Full Metal Jacket-də Serjant Hartmanı səsləndirib.
Aktyorun 74 yaşı var idi. Uzun karyerası ərzində o, 300-dən çox rolu, o cümlədən “Taxtların Oyunu”nda Tayvin Lannister və “Fövqəltəbii” filmində Con Vinçesteri səsləndirib.
Bundan əlavə, Vladimir Gerasimov uzun müddət Brüs Uillis və Con Travoltanın səsi olub.
Xuraman Etibarlı
İnterpress.az