Avropa rəsmiləri Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyulması ideyasından imtina ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Avropa rəsmiləri alternativ qaz bazarındakı qeyri-müəyyənlik səbəbindən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyulması ideyasından imtina ediblər.
Agentliyin məlumatına görə, bunun əvəzinə onlar 2027-ci ilə qədər “Rusiyanın enerji resurslarından asılılığına” son qoymağa imkan verəcək yeni yol xəritəsi hazırlamaq istəyirlər.
Xuraman Etibarlı
İnterpress.az