Kembric alimləri Yerdən kənarda həyatın əlamətlərini tapıblar.
İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Kembric alimləri “James Webb” teleskopundan istifadə edərək K2-18b planetinin atmosferində Yerdə yalnız canlı orqanizmlər tərəfindən istehsal olunan maddələri aşkar ediblər.
Onların orada çox olduğu ortaya çıxıb – Yerdə olduğundan daha çox.
Bu, həmin planetdə həyatın olduğunu ifadə edə bilər.
K2-18b 120 işıq ili uzaqdadır və heç bir başqa planet indiyədək bu qədər cəlbedici həyat əlamətləri göstərməyib.
Alimlər öz məlumatlarına 99,7% arxayındırlar.
Xuraman Etibarlı
İnterpress.az