13 yaşlı məktəbli polis idarəsinin qapısını YANDIRDIbackend

13 yaşlı məktəbli polis idarəsinin qapısını YANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 13 yaşlı məktəbli polis idarəsinin qapısını yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hadisə Mojaysk rayonunda çoxmərtəbəli binalardan birində baş verib. Polis tez bir zamanda cinayətkarı müəyyən edib. Onun 13 yaşlı məktəbli olduğu üzə çıxıb. O, saxlanılıb.

O, sonra messencer vasitəsilə əlaqə saxladığı naməlum şəxslərin göstərişi ilə hərəkət etdiyini bildirib.

Kurator yeniyetmə ona göstərilən obyektə benzin töküb yandırsa və hər şeyi kameraya çəksə, ona pul verəcəyini vəd edib. Oğlan göstərişlərə əməl etsə də, pul almayıb.

Xuraman Etibarlı

İnterpress.az