ABŞ Krımı Rusiya ərazisi kimi tanımaq niyyətini rəsmən açıqlamayıb – Zelenskinin müşaviribackend

ABŞ Krımı Rusiya ərazisi kimi tanımaq niyyətini rəsmən açıqlamayıb – Zelenskinin müşaviri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Krımı Rusiyanınkı kimi tanımaq niyyətini rəsmən açıqlamayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Leşşenko məlumat verib.

“Bizim danışıqlarda iştirak edənlərdən heç birinin rəsmi mövqeyi yoxdur. Bununla bağlı Ukrayna danışıqlar qrupundan heç bir razılığımız yoxdur.

İstər Səudiyyə Ərəbistanında, istərsə də Fransada keçirilən görüşlərdə iştirak edən bütün danışıq iştirakçıları açıq şəkildə bildirirlər ki, Ukraynanın ərazi bütövlüyü məsələsi ümumiyyətlə müzakirə olunmur.

Biz Ukraynanın maraqlarını qorumalıyıq və bu, heç bir nəticə vermədən, tanınmadan 10 il əvvəlki kimi olacaq”, – Zelenskinin məsləhətçisi qeyd edib.

Onun sözlərinə görə, ABŞ-nin Krımı Rusiya ərazisi kimi tanıması ilə bağlı bütün bəyanatlar mətbuata informasiya sızmasıdır.

Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası ABŞ-nin Krımın Rusiya Federasiyasının bir hissəsi kimi tanınması məsələsini dinc nizamlanmanın tərkib hissəsi kimi nəzərdən keçirdiyi barədə məlumat yayıb.

Xuraman Etibarlı

İnterpress.az