Günün kədərli HADİSƏSİ: 10 il “Ferrari” üçün pul YIĞDI – Aldıqdan bir saat sonra YANDI – FOTObackend

Günün kədərli HADİSƏSİ: 10 il “Ferrari” üçün pul YIĞDI – Aldıqdan bir saat sonra YANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yapon 10 il “Ferrari” üçün pul yığıb, amma aldıqdan bir saat sonra yanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb. Bildirilir ki, Yaponiyada bir kişi 10 il qənaət etdikdən sonra xəyalındakı Ferrari-ni alıb, lakin avtomobili aldıqdan bir saat sonra yanıb.

Tokioda yaşayan musiqi prodüseri Honkon xəyal etdiyi avtomobili, təxminən 306.000 dollar dəyərində “Ferrari 458 Spider” almaq üçün on il qənaət edib. Lakin onun alışdan sonra sevinci bir saatdan az çəkib.

Onun magistralda ilk səfəri zamanı qəflətən avtomobil alovlanıb.

Kişi əvvəlcə tüstünün yaxınlıqdakı avtomobildən gəldiyini düşünsə də, tezliklə problemin onun Ferrari-sində olduğu aydın olub.

O, tez dayanıb və yanğınsöndürənləri çağırıb.

Bundan sonra  Honkon 20 dəqiqə ərzində 306.000 dollar dəyərində çox arzuladığı avtomobilinin bir saat belə sürmədən külə çevrilməsini izləyib.

“Düşünürəm ki, Yaponiyada bunu yaşayan yeganə şəxs mənəm”, – o deyib.

Polis qəza əlamətlərinin olmadığını təsdiqləsə də, yanğının səbəbi hələ müəyyən edilməyib.

İndi yaponu uzun bir sığorta ödənişi prosesi və ola bilsin ki, satıcı ilə məhkəmə prosesləri gözləyir.

Xuraman Etibarlı

İnterpress.az