Bizə dedilər ki, orada çoxlu yəhudi olacaq.
İnterpress.az xəbər verir ki, bunu “Crocus City Hall”a hücum edən terrorçulardan biri Dalerjon Mirzoyev müstəntiqlərə bildirib. O deyib ki, terror aktından əvvəl onun bütün şərikləri qəribə dadı olan naməlum içki içiblər, bundan sonra onlarda kəskin güc və qəzəb hiss olunub.
Mirzəyevin sözlərinə görə, əvvəllər “toyuq belə öldürə bilmirdi”, lakin bu “sudan” sonra heç bir şübhə etmədən onlarla adamı güllələməyə davam edib.
Həmçinin məlum olub ki, kuratorlar yaraqlıları “Krokus”dakı konsertə guya xeyli yəhudinin toplaşacağına inandırıblar.
Əvvəlcə cinayətkarlar Qızıl Meydanı, Lyublinodakı Moskva ticarət yarmarkasını və Çistye Prudıdakı sinaqoqu hücum üçün hədəf hesab edirdilər.
Xuraman Etibarlı
İnterpress.az