Hollandiyada “Go Ahead Eagles” futbol klubu Hollandiya kubokunun qalibi olub.
İnterpress.az xəbər verir ki, “Deventer” klubunun futbolçuları “Go Ahead Eagles” tarixlərində ilk dəfə Hollandiya kubokunu qazanaraq əsl sensasiya yaradıblar.
Finalda “Alkmaar”la qarşılaşmada aşkar autsayder sayılan komanda penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib. Bu, komandanın 92 ildə ilk kubokudur.
Qeyd edək ki, “Go Ahead Eagles” 1933-cü ildən bəri heç bir kubok qazanmayıb. İndi ölkə kubokunda qazanılan qələbə sayəsində klub Avropa Liqasına çıxacaq.
Hollandiya mediası qeyd edir ki, 100 min əhalisi olan bir şəhər üçün bu, əsl bayram olacaq.
Xuraman Etibarlı
İnterpress.az