İranda qızının gizli işlədiyini öyrənən ata onun başını kəsib.
İntrepress.az xəbər verir ki, bu barədə İtran mediası məlumat yayıb.
Məlumata görə, İranda ata qızının gözəllik salonunda işlədiyini öyrənib və maliyyə müstəqilliyinə can atdığı üçün onun başını kəsib.
18 yaşlı qız ev almaq üçün pul yığırdı. Bunun üçün o, gizli şəkildə gözəllik salonunda işləyirdi, çünki atası onu və anasını mütəmadi olaraq döyürdü.
Ayvanın atasının tanışı onu işdə görüb və bu barədə kişiyə danışıb. Atası müəssisəyə gələrək qızın saçından tutub cinayət törədib. Bundan sonra o, polisə təslim olub.
Xuraman Etibarlı
İnterpress.az