Moldovanın Curculeştı limanında yükdaşıyan gəmi körpüyə çırpılıb, yükboşaltma dayandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli televiziya məlumat yayıb.
Bildirilir ki, Moldovanın Curculeştı limanında taxıl terminalında yükdaşıyan gəmi yükdaşıyıcı körpüyə çırpılıb və qəzaya görə yük boşaltma dayandırılıb.
Moldovanın taxıl ixracının 20%-i və bitki yağının 40%-dən çoxu Curculeştı limanından keçir.
Xuraman Etibarlı
İnterpress.az