Apti Alaudinov bir milyon rusu səfərbər etməyə ÇAĞIRDI – VİDEObackend

Apti Alaudinov bir milyon rusu səfərbər etməyə ÇAĞIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apti Alaudinov bir milyon rusu səfərbər etməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Apti Alaudinov RTVI-ya müsahibəsində deyib.

O, belə bir tədbirin Ukrayna və Avropaya qarşı strateji üstünlük verəcəyini bildirib: “Biz onları silahlandırar, hərəkətə keçirərdik və düşmən dərhal döyüşmək istəyini itirərdi”.

Eyni zamanda, o vurğulayıb ki, son qərar Putində qalır.

Onun sözlərinə görə, Putin siyasi səbəblərə görə səfərbərliyi həyata keçirmək istəmir.

Xuraman Etibarlı

İnterpress.az