ABŞ və Türkiyə Xəzinədarlıq rəhbərləri ABŞ-nin İrana “maksimum təzyiq” strategiyasını müzakirə ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlığı məlumat yayıb.
ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonda türkiyəli həmkarı Mehmet Şimşək və Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan ilə görüşüb. ABŞ-nin İran və onun peyklərinə maksimum təzyiq göstərmək üçün davam edən kampaniyası müzakirə edilib.
Danışıqlar zamanı Bessent Şimşəkdən Rusiya şirkətləri və ABŞ-nin sanksiyaları altında olan terror qrupları tərəfindən Türkiyənin maliyyə sistemindən sui-istifadə etməsinin qarşısını almaq üçün addımlar atmağa çağırıb.
Bessent həmçinin Türkiyə hökumətinin Türkiyə bazarındakı volatilliyi və Türkiyənin qeyri-müəyyən iqtisadi perspektivini aradan qaldırmaq üçün cari və gələcək addımları ilə maraqlanıb.
Xuraman Etibarlı
İnterpress.az