Dünən baş verən 6,2 bal gücündə zəlzələdən sonra İstanbulda 266 afterşok qeydə alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi və Qarşısının Alınması Təşkilatı (AFAD) məlumat yayıb. Bildirilir ki, dünən baş verən 6,2 bal gücündə zəlzələdən bu gün yerli vaxtla saat 09:00-a qədər İstanbulda 266 afterşok qeydə alınıb.
Qeyd olunur ki, onlardan 258-i 0-4 bal, 7-si 4-5 bal, 1-i isə 5 bal və daha yüksək bal gücündə olub.
Xuraman Etibarlı
İnterpress.az