ABŞ konqresmeni Suriya prezidenti ilə danışıqların təfərrüatlarını AÇIQLADIbackend

ABŞ konqresmeni Suriya prezidenti ilə danışıqların təfərrüatlarını AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ konqresmeni Suriya prezidenti ilə danışıqların təfərrüatlarını açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Florida ştatından respublikaçı olan ABŞ nümayəndəsi Mills keçən həftə Suriya prezidenti əl-Şara ilə ABŞ-nin ərəb ölkəsinə tətbiq etdiyi sanksiyaların ləğvi şərtlərini müzakirə etmək üçün danışıqlar aparıb.

Bildirilir ki, Mills prezident Tramp və milli təhlükəsizlik müşaviri Valsı məlumatlandırmağı və Suriya liderinin məktubunu prezidentə çatdırmağı planlaşdırdığını bildirib.

Nəşrin yazdığına görə, Vaşinqtonun tələblərinə Suriyadakı bütün kimyəvi silahların məhv edilməsi və ABŞ-nin digər müttəfiqləri ilə antiterror təşəbbüslərinin koordinasiyası daxildir.

Bundan əlavə, Dəməşq Amerika sanksiyalarının ləğvinə qarşı çıxan İsrailə zəmanət verməli olacaq.

Nəşr qeyd edir ki, səfər ABŞ yüzlərlə əsgərini Suriyadan çıxardığını elan etdikdən cəmi bir neçə gün sonra baş tutub.

Xuraman Etibarlı

İnterpress.az