Özbəkistan türk şirkətinə qarşı 700 milyon dollarlıq iddiada qalib gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan Respublika Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
700 milyon dollarlıq məhkəmə iddiasından 7 il sonra İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (ICSID) Daşkəndin tərəfini tutub.
Arbitraj məhkəməsi Türkiyənin “Bursel Tekstil” şirkətinin iddialarını tam şəkildə rədd edib və iddiaçılara bütün məhkəmə xərclərini ödəməyi tapşırıb.
Respublika Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu qərar ötən il oktyabrın 10-da qəbul edilib və 2017-ci ildə Türkiyədən olan investorlar tərəfindən başlanmış işin nəticəsi olub.
Onlar Özbəkistanın tekstil sənayesinə yatırdıqları sərmayələrin müsadirə olunduğunu (dövlət qurumları tərəfindən zorla götürüldüyünü) iddia ediblər, lakin tribunal bu ittihamları əsassız hesab edib.
ICSID qaydalarına əsasən, verilən qərar qəti və məcburidir.
Xuraman Etibarlı
İnterpress.az