Konyada bir kişi insult keçirərək ana dilini unudub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyənin Konya şəhərində insult keçirən 67 yaşlı Rəhmi Karademir Səlcuq Universiteti Xəstəxanasında tibbi müdaxilədən sonra qəfildən uzun illər istifadə etmədiyi Danimarka dilində danışmağa başlayıb. Bu hadisə ailəsini və tibb işçilərini təəccübləndirib.
Yeddi uşaq atası olan Karademir Türkiyəyə qayıtmazdan əvvəl 20 il Danimarkada yaşayıb, təxminən 10 il əvvəl Konyada məskunlaşıb.
O, ötən həftə Səlcuq Universiteti Tibb Fakültəsinin Ortopediya şöbəsində dizindən əməliyyat olunub.
Xuraman Etibarlı
İnterpress.az