ABŞ Dövlət Departamenti Şimali Koreyanı Ukraynadakı münaqişədə iştirakına görə TƏNQİD ETDİbackend

ABŞ Dövlət Departamenti Şimali Koreyanı Ukraynadakı münaqişədə iştirakına görə TƏNQİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Şimali Koreyanı Ukraynadakı münaqişədə iştirakına görə tənqid edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Dövlət Departamentinin nümayəndəsindən sitat gətirir.

Dövlət Departamentinin sözçüsü bildirib ki, KXDR Kursk vilayətində gedən döyüşlərdə iştirakı ilə Ukraynada münaqişənin davam etdirilməsinə töhfə verir.

“Ukraynada münaqişəni davam etdirən KXDR kimi üçüncü ölkələr məsuliyyət daşıyır: KXDR-in Rusiyada hərbi yerləşdirməsi və bunun müqabilində Rusiya Federasiyasının KXDR-ə göstərdiyi hər hansı dəstək dayandırılmalıdır”, – sözçü vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az