Qırğızıstan və İran birgə investisiya komitəsinin yaradılması haqqında memorandum İMZALADIbackend

Qırğızıstan və İran birgə investisiya komitəsinin yaradılması haqqında memorandum İMZALADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan və İran birgə investisiya komitəsinin yaradılması haqqında memorandum imzalayıblar.

İnterpress.az xəbər verir ki, Qırğızıstanın iqtisadiyyat naziri Sıdıkov İrana səfər edərək vitse-prezident Aref və Milli İnkişaf Fondunun prezidenti Qəzənfəri ilə görüşlər keçirib.

Görüşlər zamanı tərəflər ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin həyata keçirilməsi və Qırğızıstan mallarının Yaxın Şərq bazarlarına çıxarılması üçün İranın logistik potensialından istifadə məsələlərini müzakirə ediblər.

Qəzənfəri ilə danışıqlardan sonra Qırğızıstan və İran arasında birgə investisiya komitəsinin yaradılmasına dair anlaşma memorandumu imzalanıb. Memorandum İranın Milli İnkişaf Fondu tərəfindən 50 milyon avro məbləğində kredit xəttinin ayrılmasını nəzərdə tutur.

Bu vəsait İranın texniki və mühəndislik xidmətlərinin Qırğızıstana ixracına dəstək üçün istifadə olunacaq.

Xuraman Etibarlı

İnterpress.az