Lakin bu vəsaitlərin şəffaf xərclənmədiyi gün kimi aydındır. Əgər bölgələrimizin abadlaşdırılmasına ayrılan vəsaitlər düzgün xərclənsə o zaman icra başçılarının övladları 200 minlik avtomobillərdə şellənməzlər.
İnterpress.az-ın təqdim etdiyi bu fotoları Xaçmaz sakini çəkib. Xaçmaz rayonunda ötən il ucaldılan arkalar bu il uçulub-dağılıb.
Səbəb bəllidir. Sabahkı sayımızda sizlərə Xaçmazdakı korrupsiya faktları ilə bağlı apardığımız araşdırmanı təqdim edəcəyik. Ancaq bu araşdırma ilə tanış olandan sonra ötən il tikilən arkaların bu il niyə uçduğunun mübhəm sirri ilə tanış olacaqsınız.
İnterpress.az