Qadın metroda uşaq dünyaya GƏTİRDİbackend

Qadın metroda uşaq dünyaya GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qadın metrostansiyada uşaq dünyaya gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilir ki, Moskvada “Çistye prudı” metrostansiyasında qadın uşaq dünyaya gətirib.

Proses sürətlə gedib – qadında artıq doğuşun ikinci mərhələsi başlayıb.

Təsadüfi bir sərnişinin gələcək mama-ginekoloq olduğu ortaya çıxıb və o, heç düşünmədən qadına kömək göstərməyə başlayıb. O, körpəni dünyaya gətirməyə kömək edib.

Sərnişinlər bir neçə dəqiqə ərzində hadisə yerinə gələn təcili yardıma zəng edib. Həkimlər ana və uşağın vəziyyətini qiymətləndirib, lazımi köməklik göstəriblər.

Qadın və yeni doğulmuş körpə ehtiyatla xərəyə qoyularaq maşına mindirilib və doğum evinə aparılıb.

Xuraman Etibarlı

İnterpress.az