IDEA-dan verilən məlumata görə, sərginin açılışında IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
Ekspozisiyada IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın, rəssamlar Rahim Çopurov, Nailə Sultan, Culian Melkiori, Məryəm Ələkbərli, Ləman Həsənova, Nok Kural, videoqraf Timur Özdəmirov və fotoqraf Teo Allofzun əsərləri nümayiş olunur.
İnterpress.az