Məşhur aktyor çimərlikdə yıxılaraq DÜNYASINI DƏYİŞDİbackend

Məşhur aktyor çimərlikdə yıxılaraq DÜNYASINI DƏYİŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Alon Abutbul 60 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Bildirilir ki, israilli kino ulduzu Alon Abutbul HaBonim çimərliyində yıxılaraq ölüb. Abutbul 60 yaşında dünyasını dəyişib.

Məlumatlara görə, o, Neve Yam və HaBonim çimərliklərinin yaxınlığındakı qeyri-rəsmi çimərlikdə dənizdə çimirmiş.

O, sudan çıxanda orada olanlara özünü yaxşı hiss etmədiyini deyib və yıxılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri onu həyata qaytarmağa çalışıblar və bir saatdan çox onun həyatı üçün mübarizə aparıblar.

Abutbulun həyat yoldaşı və dörd övladı var.

Xuraman Etibarlı

İnterpress.az