Zaxarova SBU-nun Rusiya-Azərbaycan gərginliyindən istifadə etmək planlarını AÇIQLADIbackend

Zaxarova SBU-nun Rusiya-Azərbaycan gərginliyindən istifadə etmək planlarını AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaxarova SBU-nun Rusiya-Azərbaycan fikir ayrılıqlarından istifadə etmək planlarını açıqlayıb.

İnterpress.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova bəyan edib ki, guya Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya və Azərbaycan arasında mövcud ziddiyyətlərdən milli ədavəti qızışdırmaq üçün istifadə etməyi planlaşdırır.

Onun sözlərinə görə, onlar “Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribat aksiyaları üçün Rusiyadan gələn qaçqınlardan” istifadə etməyi planlaşdırırlar.

Zaxarova iddia edir ki, bu təxribatların məqsədi Azərbaycan, Türkiyə və Avropa mediasında “Rusiya təcavüzü” ilə bağlı mənfi informasiya fonu yaratmaqdır.

Xuraman Etibarlı

İnterpress.az