Ata yeni doğulmuş oğlunun göbəyini dişləyərək az qala ÖLDÜRƏCƏKDİbackend

Ata yeni doğulmuş oğlunun göbəyini dişləyərək az qala ÖLDÜRƏCƏKDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda gənc ata evdə doğuşdan sonra yeni doğulmuş oğlunun göbəyini dişləyərək az qala öldürəcəkdi.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Sankt-Peterburqda qadın evdə doğuş edib. Gənc ata yeni doğulmuş oğlunun göbəyini dişləyərək az qala öldürəcəkdi.

Cütlük internetdən “ritual” etmək istəyib. İddia edilib ki, ata göbək bağını dişləsə, uşaq güclü və sağlam böyüyəcək.

Ancaq hər şey səhv olub – körpədə qanaxma başlayıb və yalnız təcili gələn həkimlər onun həyatını xilas ediblər.

Ana xəstəxanada da özünü qəribə apaıb. O, göbək bağını ona verməyi xahiş edib ki, onu dondursun və ondan yemək bişirsin. Guya kök hüceyrələr doğuşdan sonrakı depressiyadan xilas edir.

Bunun heç bir elmi sübutu yoxdur – yalnız sosial şəbəkələrdəki videolar var.

İndi dəbin təsiri ilə insanlar göbək bağından zinət əşyaları, kremlər, üz maskaları hazırlayır və hətta yeyirlər.

Xuraman Etibarlı

İnterpress.az