İlk dəfə insanabənzər robot aspiranturaya DAXİL OLDU – FOTObackend

İlk dəfə insanabənzər robot aspiranturaya DAXİL OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk dəfə insanabənzər robot aspiranturaya daxil olub.

İnterpress.az xəbər verir ki, bu barədə “South China Morning Post” yazıb.

Bildirilir ki, Çində insanabənzər robot ilk dəfə aspiranturaya daxil olub. Adı Xuebadır. O, teatr, kino və Çin operasını öyrənəcək.

Çin dilindən “əla tələbə” kimi tərcümə olunan Xueba Şanxay Elm və Texnologiya Universiteti tərəfindən DroidUp Robotics ilə əməkdaşlıqda hazırlanıb.

“Əla tələbə” incəsənət və texnologiyanı birləşdirməyə yönəlmiş yerli teatr institutunda aparılan tədqiqat proqramı çərçivəsində aspiranturaya daxil olub.

Robotun dörd illik proqramı başa vurduqdan sonra dissertasiya yazacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az