Rusiyada yezidi qəbilələr arasında qanlı TOQQUŞMA OLDUbackend

Rusiyada yezidi qəbilələr arasında qanlı TOQQUŞMA OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yezidi qəbilələr qanlı bıçaq davası edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Samara vilayətində yezidi mütəşəkkil cinayətkar qruplarının nümayəndələri arasında münaqişə baş verib.

Taloyan və Kaloyanovlar ailəsinin klanları uzun müddətdir davam edən fikir ayrılıqlarına görə amansız bıçaq davasında toqquşub.

Davadan sonra 8 iştirakçı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az