Təyyarədə sərxoş sərnişin narahatlıq YARATDIbackend

Təyyarədə sərxoş sərnişin narahatlıq YARATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulan-Ude-Moskva reysi ilə uçan təyyarədə sərxoş sərnişin narahatlıq yaradıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Kişi tualetdə spirtli içki qəbul edib, stüardessalar bunu dəyərləndirməyib və kabinəni bağlayıb.

Qapını açmaqdan imtina etdikdə Pavel çılğınlaşıb. O, qışqırmağa və tualetə vurmağa başlayıb.

Stüardessalar sərnişinlərdən kömək istəyiblər. Onunla danışmaq istəyirdilər, amma o, başa düşmək istəmirdi.

Qeyri-adekvat adamın əl-qolunu bağlayıblar. Onu yerinə qaytarmaq istəyərkən, Pavel başını yarmağı bacarıb, daha sonra hamını “əlaqələri” ilə hədələyib.

Uçuşun sonuna kimi üzr istəyib. Lakin bu onu xilas etnəyib – polis onu Domodedovoda qarşılayıb.

Xuraman Etibarlı

İnterpress.az