Rusiyalı qadınlara menstruasiya zamanı məsafədən işləməyə icazə veriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Dövlət Dumasının deputatları artıq rusiyalı qadınların menstruasiya dövründə uzaqdan işləməsinə icazə verilməsi təşəbbüsü ilə çıxış ediblər.
Rəsmilərin fikrincə, bu, qadınlara işi ailə ilə daha asan uzlaşdırmağa, valideynlik və çoxuşaqlı olmaq motivasiyasını artırmağa, həmçinin ənənəvi ailə dəyərlərini möhkəmləndirməyə kömək edəcək.
Xuraman Etibarlı
İnterpress.az