Kadırovun 17 yaşlı oğlu yeni işə düzəlib.
İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistanın dini və ictimai təşkilatları ilə qarşılıqlı əlaqə idarəsinin Telegram kanalında məlumat verilib.
Çeçenistan rəhbərinin oğlu, 17 yaşlı Adam respublikadan Qəzza zolağının sakinlərinə humanitar yardımın kuratoru təyin edilib.
Eyni zamanda, əvvəllər dayandırılmış humanitar yardımın sonrakı paylanması yollarının dəqiqləşdirilməsi zərurəti ilə əlaqədar toplanmasının bərpası barədə qərar qəbul edilib.
Xuraman Etibarlı
İnterpress.az