Tehranda su qıtlığı təhlükəsi yarana bilər.
Interpress.az xəbər verir ki,. İran mediasının yaydığı kadrlarda paytaxt yaxınlığındakı su anbarının tamamilə quruduğu görünür.
Rəsmi su təsərrüfatı idarəsinin məlumatına görə, Tehran ətrafındakı su anbarlarında suyun səviyyəsi kritik həddə enib.
Beş su anbarında ümumi tutumun cəmi 20 faizindən az su qalıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, su ehtiyatlarının azalması şəhərdə içməli su təminatında ciddi problemlərə səbəb ola bilər.
Xuraman Etibarlı
Interpress.az