Qreta Tunberq yenidən Qəzzaya GEDƏCƏK – VİDEObackend

Qreta Tunberq yenidən Qəzzaya GEDƏCƏK – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qreta Tunberq yenidən Qəzzaya getmək istəyini bildirib.

Interpress.az xəbər verir ki, isveçli ekofəal Qreta Tunberq avqustun sonunda Qəzza zolağının blokadasını yarmaq üçün indiyədək ən genişmiqyaslı aksiyanın keçiriləcəyini açıqlayıb.

Tunberqin sözlərinə görə, 31 avqustda İspaniyadan bir neçə onlarla gəminin iştirakı ilə “qanunsuz İsrail blokadasını” yarmaq cəhdi başlayacaq.

4 sentyabrda isə əsas flotiliya Tunisdən və digər limanlardan yola çıxacaq əlavə gəmilərlə birləşəcək.

Ekofəal həmçinin bildirib ki, bu təşəbbüslə yanaşı, 44 ölkədə fələstinlilərə dəstək məqsədilə eyni vaxtda etiraz aksiyalarının təşkili nəzərdə tutulur.

Xuraman Etibarlı

Interpress.az