Tramp Ağ Evdə Obama və Buşların portretlərini pilləkən altına köçürdüb.
Interpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin əsas zalında sərgilənən sabiq prezidentlər Barak Obama, Corc Buş (kiçik) və Corc Buşun (böyük) portretlərinin çıxarılmasını əmr edib.
Məlumata görə, Obama portreti Pərdəli Pilləkənin yuxarı hissəsinə köçürülüb və artıq gündəlik minlərlə ziyarətçinin gözündən kənarda qalır.
Həmçinin hər iki Buşun portretləri də həmin pilləkən hissəsinə yerləşdirilib.
Ağ Evin protokoluna əsasən, əvvəlki ABŞ prezidentlərinin portretləri rezidensiyanın giriş hissəsində — rəsmi tədbirlər və ekskursiyalar zamanı qonaqların görə biləcəyi yerdə nümayiş etdirilməlidir.
Xuraman Etibarlı
Interpress.az