Aİ Ukraynaya Rusiya aktivlərindən daha 1,6 milyard avro AYIRDIbackend

Aİ Ukraynaya Rusiya aktivlərindən daha 1,6 milyard avro AYIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Ukraynaya dondurulmuş Rusiya aktivlərindən daha 1,6 milyard avro ayıracaq.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumat yayıb.

Avropa İttifaqı Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına təxminən 1,6 milyard avro məbləğində üçüncü tranşı ayıracaq.

Avropa Komissiyasının məlumatına görə, vəsait Rusiya Mərkəzi Bankının aktivlərindən əldə edilən faiz gəlirlərindən formalaşıb.

Bu aktivlər Ukraynaya qarşı müharibə səbəbindən Aİ-də bloklanıb.

Qeyd edək ki, oxşar tranşlar 2024-cü ilin iyulunda və 2025-ci ilin aprelində də ayrılmışdı.

Xuraman Etibarlı

İnterpress.az