Filippində fanat gözəllik kraliçasını zorlayaraq BOĞDU – FOTOLARbackend

Filippində fanat gözəllik kraliçasını zorlayaraq BOĞDU – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində rədd edilmiş pərəstişkar gözəllik kraliçasını oğurlayıb, zorlayıb və boğaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Fillippin polisi məlumat yayıb.

Filippinli 35 yaşlı gözəllik müsabiqəsi qalibi Akkena dəhşətli qətlin qurbanı olub.

Onun ailəsinin sözlərinə görə, hadisəyə səbəb illər əvvəl münasibət qurmaq istəmədiyi köhnə pərəstişkarı olub.

Hadisə günü bir neçə kişi onu zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıb. Beş gün sonra meyiti balıqçılar tərəfindən tapılıb.

 Cəsədin iki daş dolu kisəyə bağlandığı və su dibinə çəkildiyi bildirilib.

 Modelin boğazında velosiped qıfılı, gözləri sarğı ilə bağlanmış, ağzı tıxaclanmış, əlləri və ayaqları isə möhkəm bağlanmış vəziyyətdə olub.

Akkenanın üç övladı və yaşlı anası qalıb. Ailə hadisənin əsas şübhəlisi kimi onun keçmiş pərəstişkarını göstərir.

Xuraman Etibarlı

İnterpress.az