Alyaskada daşqın BAŞLADI – Sakinlər TƏXLİYƏ OLUNURbackend

Alyaskada daşqın BAŞLADI – Sakinlər TƏXLİYƏ OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alyaskada daşqınlara görə sakinlər təxliyə olunur.

İnterpress.az xəbər verir ki, bu barədə “Alaska Beacon” məlumat yayıb.

Məlumata görə, Alyaskada yerləşən Men­denxoll buzlağının əriməsi nəticəsində paytaxt Cuno şəhərində daşqın başlayıb.

Uzunluğu təxminən 20 km olan buzlaq şəhər mərkəzindən 19 km aralıda yerləşir.

Şəhər rəsmilərinin bildirdiyinə görə, bazar günü buzlaq gölündəki suyun səviyyəsi buz bəndini keçərək yüksəlməyə başlayıb. Bir neçə rayonun sakinlərinə təxliyə olunmaq tövsiyə edilib.

Nəşr yazır ki, pik səviyyənin çərşənbə günü 16,6 futa (təxminən 5 metr) çatacağı gözlənilir. Bu isə ötən il 290-dan çox evin zərər gördüyü daşqından daha dağıdıcı ola bilər.

Xuraman Etibarlı

İnterpress.az