Ermənistan hakimiyyəti Zəngəzurda Azərbaycanla sülh təbliğatına başlayıb.
İnterpress.az xəbər verir ki, “Qraparak” qəzetinin yazdığına görə, Ermənistan hakimiyyəti Sünik vilayətində (Zəngəzur – red.) Azərbaycanla sülhün təbliği kampaniyasına start verib.
Bu il Sünikdə şəhər və icma günlərinin daha təmtəraqlı qeyd olunması tapşırılıb ki, bu da hakimiyyətə qarşı müsbət münasibətin formalaşdırılmasına xidmət edir.
Bir neçə gün əvvəl sərhəd yaxınlığındakı Tex icmasında ilk belə tədbir keçirilib. İcma rəhbəri David Qulunts çıxışında Vaşinqton sazişinin sülh sənədi kimi əhəmiyyətini vurğulayıb və yerli sakinlərin “əgər sülh bağlanarsa, yaradıcı olub yaxşı yaşayacaqlarını” bildirib.
Bu il tədbirlər 15 avqust – Gorus günü, 16 avqust – Qafan günü və 24 avqust – Kacaran günü kimi qeyd olunacaq.
Xuraman Etibarlı
İnterpress.az