İsrail pilotları Netanyahudan dərhal atəşkəs tələb edib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Məlumata görə, İsraildə təxminən 200 nəfər keçmiş və ehtiyatda olan pilot, hökumətin əsir mübadiləsi və atəşkəs razılaşmasına getməkdən imtina etməsinə etiraz edib.
Onlar baş nazir Benyamin Netanyahudan dərhal hərbi əməliyyatları dayandırmağı tələb ediblər.
“Bəsdir! Bu mənasız və axmaq savaşı dayandırın!”, — aksiyada çıxış edən keçmiş Baş Qərargah rəisi Dan Xaluç bildirib.
Həmin gün Təl-Əvivdə daha bir etiraz aksiyası keçirilib. Aksiya İsrail və ABŞ-nin dəstəyi ilə fəaliyyət göstərən “Qəzzaya Humanitar Yardım Fondu”nun (GHF) nümayəndələrinin yerləşdiyi otelin qarşısında baş tutub.
Etirazçılar fondun Qəzza zolağında aclıq blokadası siyasətinə şərik olduğunu bildirərək, “GHF = ölüm və aclıq” və “Soyqırım və aclıq fondu” yazılmış plakatlar açıblar.
Onların sözlərinə görə, fond fələstinlilərin məhv edilməsi mexanizminin bir hissəsidir.
Xuraman Etibarlı
İnterpress.az