Qahirə Qəzza sakinlərinin Cənubi Sudana köçürülməsini MÜZAKİRƏ EDİRbackend

Qahirə Qəzza sakinlərinin Cənubi Sudana köçürülməsini MÜZAKİRƏ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qahirədə Qəzza sakinlərinin Cənubi Sudana köçürülməsi məsələsi müzakirə olunur.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Qəzza sektorunda atəşkəs üzrə danışıqların yenidən başlanması fonunda, bölgə ilə bağlı yeni plan detalları üzə çıxıb.

Plana əsasən, sektora müvəqqəti olaraq 15 nəfərlik mütəxəssis qrupu rəhbərlik edəcək.

Qəzza sakinlərinin bir hissəsinin Cənubi Sudan və digər ölkələrə köçürülməsi ehtimalı nəzərdən keçirilir.

Misirin xarici işlər naziri Sameh Şükrü Əbdül Atı təsdiqləyib ki, müvəqqəti idarəetmə 6 ay müddətində Fələstin Administrasiyasının nəzarəti altında 15 fələstinli mütəxəssis tərəfindən həyata keçiriləcək.

Eyni zamanda İsrail Cənubi Sudan, İndoneziya, Liviya və Efiopiya da daxil olmaqla bir sıra ölkələrlə Qəzzadan köçürüləcək sakinlərin yerləşdirilməsi barədə danışıqlar aparır.

Danışıqlar İsrail və HƏMAS arasında xüsusilə silahsızlanma məsələsində fikir ayrılıqları fonunda davam edir.

Mənbələrin məlumatına görə, HƏMAS nümayəndələri atəşkəsin müzakirəsinə hazırdır, lakin İsrailin razılaşmadan sonra atacağı addımlar barədə ehtiyatlı mövqelərini saxlayırlar.

Xuraman Etibarlı

İnterpress.az