“Vitse-Miss Rusiya 2017” yol qəzasında həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
“Miss Universe 2017” yarışmasının iştirakçısı Ksenya Aleksandrova Tver vilayətində avtomobil qəzasında həyatını itirib.
Hadisə zamanı avtomobilin qarşısına qəfil çıxan sığın ön şüşəni sındıraraq sərnişin yerində əyləşən modelə ağır xəsarətlər yetirib.
Ksenya kəllə-beyin travması ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xuraman Etibarlı
İnterpress.az