Aİ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Podesta Sky News-un iddialarını şərh edərkən bildirib.
Avropa İttifaqı Ukraynada diplomatik razılaşma çərçivəsində atəşkəs əldə olunsa belə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmağı planlaşdırmır.
Onun sözlərinə görə, mətbuatda yayılan məlumatlar “tamamilə fərziyyədir”:
“Əmin ola bilərsiniz ki, biz Rusiyaya qarşı sanksiya təzyiqini tam şəkildə saxlayacağıq. Qalan hər şey isə sırf spekulyasiyadır. Artıq 18 sanksiya paketi qəbul etmişik və 19-cu paketi hazırlayırıq”, – Podesta vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az