Meyvə sularının faydalarıbackend

Meyvə sularının faydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portağal şirəsi
Portağal suyunun faydaları saymaqla bitməz.İçərisindəki C vitamini sayəsində bizləri soyuqdəymədən qoruyar. Bu tərz sıxılmış meyvə suları təzə olaraq qəbul edilməlidir. Portağal C vitaminilə yanaşı B vitamini, kalium, kalsium, maqnezium da ehtiva edir. Liflər, orqanik turşular və şəkər baxımından da zəngindir. Edilən bir araşdırmaya görə portağal suyunun içərisindəki kalium və maqnezium infarktından qoruyur.
Kök şirəsi
İçərisindəki A vitamini gözlərə çox faydalıdır, eyni zamanda immunitet sistemini də gücləndirir və təbii bir antioksidandır. Müalicəedici xüsusiyyətləri çoxdur, digər tərəvəzlərin suyu ilə uyğunlaşması baxımından böyük bir sağlamlıq anbarıdır. Kök şirəsi orqanizmə daxil olduqda, birbaşa olaraq A vitamininə çevrilir. Bu da bizim gözlərimizə, immunitet sistemimizə, sümüklərimizə və dişlərimizə böyük ölçüdə güc qazandırır. Xərçəngə gətirib çıxaracaq bir çox zərərli maddənin bədənimizdən atılmasını asanlaşdırar və yaşlanmağı gecikdirər. Mütəxəssislər xüsusilə hamilə qadınların kök suyu içməsini tövsiyə edirlər. Əgər kök sununu tək başına içmək istəməsəniz alma suyu ilə qarışdıraraq içə bilərsiniz, bu çox ləzzətlidir.
Nar şirəsi
İmmunitet sistemini gücləndirir. Infeksiyalara qarşı bədənin müqavimətli olmasını təmin edir. Xolesterol salıcı və tənzimləyici təsiri ilə ürək dostudur. Nar suyunu sıxmaq çətin kimi görünsə də artıq çox praktik nar sıxma və ya dənələrini ayırma aparatları vardır, bunlardan təmin edə bilər və ya təzə sıxılmış meyvə suları satan markətdən faydalana bilərsiniz.
Alma şirəsi
Tox tutma xüsusiyyəti ilə bilinən alma diyeta saxlayan kəslərin imtina edilməz meyvəsidir. Almanın suyu və özü olduqca faydalıdır. Dadının çox ləzzətli olmasından əlavə dəri üçün də çox faydalıdır. Alma suyunda bol miqdarda C və E vitamini var. Bundan əlavə alma suyundakı antioksidant maddələrin dəri sağlamlığına böyük qatqısı vardır. Yaşıl və qırmızı almanı yeməkdən ya da suyunu içməkdən qorxmayın. Kafi vitamin və minerallardan faydalanmaq üçün gündə 1 stəkan içmək kafi olacaq.
Pomidor şirəsi
Pomidorun faydalarını hamımız bilirik bəs pomidorun suyu?! Pomidor tam bir sağlamlıq anbarıdır. Oynaq ağrılarınızdan tutmuş, mədə ağrısı, yanması və qripə qədər hər cür xəstəliyin təbii dərmanıdır. Bol miqdarda C və E vitamini qəbul etməkdədir. Qan təzyiqini azaldır, bədənin su tutmasına maneə törədər və bağırsaqların düzgün bir şəkildə işləməsini təmin edər. Nişastalı yeməklərdən sonra pomidor suyu içmək həzmi asanlaşdırır, xüsusilə dəriyə təravət və sağlam rəng verər.
Qreypfrut şirəsi
Portağala bənzəyən və sitrus bitkiləridən olan qreypfrut, faydaları baxımından dərman kimidir. Kalori və yağ yandırmadan maddələr mübadiləsini tezləşdirməkdə olduqca təsirlidir. İngilislər səhər yeməklərində qrepfrutu ortadan ikiyə bölüb üzərinə toz şəkər səpib qaşıqla yeyirlər. Diş əti qanamalarında da olduqca təsirlidir. Nikotinin bədəndən atılmasını və siqaret çəkmə istəyini azaldır. Dərmanların təsirlərini artırma xüsusiyyəti mövcuddur. Faydalarının yanında bəzi hallarda zərəri də ola bilər. Bu səbəblə diqqətli qəbul edilməsində fayda vardır. Qəti olaraq dərmanlarla birlikdə qəbul edilməməsi lazım olduğunu ifadə etməliyik, bu zəhərlənmələrə yol aça bilər. Təzyiq salıcı xüsusiyyəti vardır. Gündə ən çox bir stəkan qreyfurt şirəsi lazımlı vitaminləri almağınızı təmin edəcək.
Ananas Suyu
İçərisindəki B vitamini səbəbi ilə dərinin və saçların gözəlləşməsini təmin edir. Son zamanlarda diyeta saxlayan kəslər ananas yeməyin ya da suyunu içməyin arıqlamada təsiri olduğunu bildirirlər. Mədə və bağırsaqları təmizləmə xüsusiyyəti vardır. Ananas alarkən üzərindəki yarpaqların yaşıl və təzə olmasına diqqət yetirin. Ananasın qan durulducu dərmanlarla birlikdə istifadə edilməsi tövsiyə edilmir. Suyunu sıxaraq və ya meyvəsini yeyərək bu meyvədən faydalana bilərsiniz.

Meyvə sularının faydaları

Meyvə sularının faydaları

Meyvə sularının faydaları

Meyvə sularının faydaları

İnterpress.az