Xəmir üçün:
500 qr un
300 ml su
5 qr duz
5 qr şəkər tozu
İçlik üçün:
500 qr orta yağlı ət
2 ədəd baş soğan
4 ədəd pomidor
1 x.q. bibər pastası
1 x.q tomat pastası
1 ç.q. pul bibər
1 dəstə cəfəri
Duz, istiot
Hazırlanması:
Unun üzərinə duz, şəkər tozu, az-az ilıq su əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri 3-4 saat dinləndirin .
İçliyin hazırlanması:
Qiymə, rəndələnmiş pomidor və soğan, tomat və bibər pastası, duz, pul bibər, qara istiot, xırda doğranmış cəfərini qarışdırın.
Xəmiri 30-lıq kündələrə bölün, azacıq unlayıb oxlovla açın, üzərinə içlik qoyub, bir tərəfdən başlayaraq basdıra-basdıra xəmirinin qalan hissəsinə qədər yayın.
Daha daldı olması üçün içliyi bolluca qoyun.
Lahmacunu formaya yerləşdirin və 200 dərəcəlik sobada 6-8 dəq. bişirin.
İnterpress.az