Meyvəli milfeybackend

Meyvəli milfey

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 paket milfey xəmiri
Kremi üçün:
3 st. süd
3 x.q. un
1 x.q. nişasta
1 st. şəkər tozu
2 ədəd yumurta sarısı
1 paket vanil
Üzəri üçün:
Şəkər kirşanı
Zövqə görə meyvə
Xəmiri oxlovla istədiyiniz qədər açın, çəngəllə deştəkləyib 180 dərəcəlik sobada bişirin.
Kremin hazırlanması:
Südün üzərinə un, nişasta, şəkər tozu, yumurta sarısı, vanil əlavə edib mikserlə çırpın.
Odun üzərində qatılaşana qədər bişirib soyudun.
Milfey xəmirini bir necə hissəyə bölün. Aralarına krem çəkib sevdiyiniz meyvələrdən düzün. Digər milfey xəmiri ilə bağlayın.
Üstünə şəkər kirşanı səpin, meyvə ilə bəzəyib servis edin.

İnterpress.az