Kadırova ağır xəstəlik səbəbindən nefrostoma qoyulub.
İnterpress.az xəbər verir ki, bu barədə “Novaya qazeta Evropa”ya mənbə məlumat verib.
Mənbəyə görə, Çeçenistan rəhbəri Ramzan Kadırova böyrəklərin fəaliyyətində ciddi problemlər üzündən nefrostoma quraşdırılıb.
Bu tibbi müdaxilə sidiyin təbii yolla xaric olunması mümkünsüz olduqda həyata keçirilir və böyrək çanağına xüsusi drenaj borusunun yerləşdirilməsini nəzərdə tutur.
Xuraman Etibarlı
İnterpress.az