Sağlam kilo verməklə eyni zamanda bədənin formasının qoruna bilməsi üçün həzm sisteminin vəziyyəti çox əhəmiyyətlidir. Xüsusilə qəbul edilən qidaların həzm edilməsi və xaric olunması çox əhəmiyyətlidir. Müəyyən qidaların səbəb olduğu qəbizlik problemi ilə yağlar bədəndə yığılır. Qatıq suyu tərkibindəki faydalı bakteriyalar ilə bağırsaq florası bərpa edərək, qəbizlik problemini aradan qaldırır.
Qatıq suyu toxluq hissi ilə arıqlama proqramınızda yaxşı bir variantdır. Şəkər xəstəsi və ya insilin müqaviməti olan fərdlər üçün qatıq suyu, təbii dərman funksiyasını yerinə yetirir. Qan şəkərini tarazlıqda tutaraq, fərdin müqavimətinin artırılmasında olduqca faydalıdır.
Bundan başqa toxluq hissi ilə birgə fərdin tox və dinc hiss etməsinə səbəb olur. Qatıq suyuna nanə, kəklikotu və pul bibər kimi ədviyyatlar əlavə edərək, ara paylarda özünüzə həm ləzzətli, həm də faydalı bir müalicə edə bilərsiniz.
Dəri ləkələrinin yaratdığı qayğıdan da qatıq suyu ilə xilas ola bilərsiniz. Səhər və axşam olmaqla gündə iki dəfə ləkəli bölgəyə qatıq suyunu sürtərək dərinizin gözəlləşdiyini görə bilərsiniz.
Qatıq suyu saç, diş və sümüklərin güclənməsinə kömək edir.
Tərkibindəki vitamin və mineralllar sayəsində orqanizmdə bir çox orqanların fəaliyyətini yaxşılaşdırır.
İnterpress.az