Kamçatka sahillərində 5,9 bal gücündə zəlzələ BAŞ VERDİbackend

Kamçatka sahillərində 5,9 bal gücündə zəlzələ BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamçatka sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin regional filialı məlumat yayıb.

Məlumata görə, Kamçatka yarımadası yaxınlığında 5,9 maqnitudalı zəlzələ baş verib.

Yeraltı təkanların episentri Sakit okeanın sahil zonasında, dəniz akvatoriyasında yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Rəsmi qurumlar vəziyyəti izlədiklərini və təhlükə yarandığı halda əhaliyə əlavə məlumat veriləcəyini açıqlayıblar.

Kamçatka bölgəsi seysmik cəhətdən aktiv zonada yerləşdiyi üçün burada mütəmadi olaraq müxtəlif gücdə yeraltı təkanlar baş verir.

Xuraman Etibarlı

İnterpress.az