BMT Komissiyası İsrailin Qəzzadakı hərəkətlərini soyqırım kimi tanıyıb.
İnterpress.az xəbər verir ki, bu barədə qurumun hesabatına istinadla məlumat yayılıb.
BMT-nin İşğal olunmuş Fələstin ərazilərindəki hadisələri araşdırmaq üzrə komissiyası İsrailin Qəzza zolağında həyata keçirdiyi hərəkətləri soyqırım kimi tanıyıb.
BMT komissiyası bildirib ki, İsrail Qəzza zolağında soyqırım törətməkdə davam edir, onun əhaliyə qarşı hərəkətləri 1948-ci ildən bəri ən amansızdır.
Onlar həmçinin əlavə ediblər ki, İsrailin hərbi və siyasi liderləri, o cümlədən Netanyahu bu soyqırımı qızışdırıb.
Xuraman Etibarlı
İnterpress.az