Tərkib:
3 st. su
100 qr ət
200 ml toyuq suyu
1 x.q. sumax
1 x.q. sirkə
150 qr göbələk
2 ədəd acı bibər
3 diş sarımsaq
1 ədəd baş soğan
2 x.q. zeytun yağı
1 ç.q zəncəfil
Keşniş, təzə nanə
Duz, istiot
Hazırlanması:
Su, üzərinə toyuq suyu, sumax , zəncəfil və sirkə əlavə edilib qaynadılır.
Ət quşbaşı , baş soğan və sarımsaq xırda doğranıb yağda qovrulur.
Üzərinə xırda doğranmış acı bibər və göbələk qatılıb təkrar qovrulur.
Bişmiş ərzaqlar şorbaya əlavə edilir, duz, istiot səpilib 5 dəq. sonra odun üzərindən götürürlür.
Hazır şorbanın üzərinə xırda doğranmış göyərti səpilib servis edilir.
İnterpress.az