Tərkib:
1 st. düyü
250 qr təzə lobya
2 ədəd baş soğan
1 ədəd bibər
2-3 x.q. qoz ləpəsi
2 x.q. küncüt
1 x.q. kərə yağı
2 x.q. zeytun yağı
2-3 budaq cəfəri
Duz
Hazırlanması:
Lobya incə şəkildə uzunsov doğranır, bir qədər suda bişirib suyu süzülür.
Soğan halqavarı , bibər uzunsov doğranıb yağda qızardılır, üzərinə bişmiş lobya, əlavə edilib qovrulur.
Qovrulan ərzaqların üzərinə küncüt toxumları və döyülmüş qoz qatılır, duz səpilib qarışdırılr.
Düyü öncə duzlu suda isladılır, qaynar suda bişirilib süzülür.
Lobyalı qarışıq düyü ilə qarışdırılıb dəmə qoyulur.
Süfrəyə verilən zaman üzərinə xırda doğranmış cəfəri səpilir.
İnterpress.az