Qızarmış halqa soğanbackend

Qızarmış halqa soğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
2 ədəd baş soğan
1 ədəd yumurta
½ st. su
½ st. Süd
3 x.q. un
3 x.q. qarğıdalı unu
1 ç.q. qabartma tozu
Üyüdülmüş çörək (suxarı)
Bitki yağı
Duz, istiot, qırmızı istiot
Hazırlanması:
Soğan halqavarı doğranır, halqalar ayrılıb 30 dəq. suda saxlanır.
Yumurta, süd, su, ələnmiş un, qarğıdalı unu, qabartma tozu, duz, hər iki növ istiot çırpılır.
Tavada bolluca yağ qızdırılır.
Soğanlar bir-bir yumurtalı qarışığa, daha sonra suxarıya batırılıb yağda qızardılır.
Qızarmış halqa soğanlar xardal, mayonez və ya ketçupla yeyilir.

İnterpress.az